logo

Sabah Abşeronun bir hissəsində işıq olmayacaq

14:30 13-04-2020 | icon 2562
Sabah Abşeronun bir hissəsində işıq olmayacaq

Sabah, saat 11:30-16:00 arasında Abşeron rayonunun Qobu qəsəbəsi və Nübar yaşayış massivinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilə yaranacaq. 

YeniAvropa xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. 

Onun sözlərinə görə, fasiləyə səbəb Xırdalan ETSİ-nin xidməti ərazisində yerləşən 110/35/10 kv-luq "Qobu Yarımstansiyası"ndan qidalanan 10 kv-luq "Qobu-1" və 10 kv-luq "Nübar-1" hava elektrik verilişi xətlərində aparılan yenidənqurma və cari təmir işləridir.