logo

Rusiya XİN: “Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımırıq”

21:18 09-04-2020 | icon 2114
Rusiya XİN: “Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımırıq”

"Rusiya Federasiyası Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır. Onun statusu siyasi danışıqlar yolu ilə müəyyənləşdirilməlidir".

YeniAvropa xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması separatçı rejimin keçirdiyi “seçkilər”dən asılı deyil.

“ Dağlıq Qarabağ münaqişəsi ilə ATƏT-in Minsk Qrupu məşğul olur. Eyni zamanda, gələcək sülh prosesinin həlli qeyd olunan hadisədən hər hansı bir şəkildə asılı olduğuna inanmırıq”-deyə M. Zaxarova bildirib.