logo

Milli Məclis Elman Rüstəmov yenidən AMB İdarə Heyətinin üzvü təyin etdi

12:09 09-04-2020 | icon 2114
Milli Məclis Elman Rüstəmov yenidən AMB İdarə Heyətinin üzvü təyin etdi

Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

YeniAvropa xəbər verir ki, bu barədə məsələ deputatlar tərəfindən müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, sonuncu dəfə Milli Məclis Elman Rüstəmovu bu vəzifəyə 3 aprel 2015-ci il tarixində, 5 il müddətinə təsdiqləyib.

9 aprel 2015-ci il tarixində isə prezidentin müvafiq sərəncamı ilə Elman Rüstəmov  Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri təyin edilib. 

Xatırladaq ki, 68 yaşlı E.Rüstəmov 25 ildir ki AMB-yə rəhbərlik edir.