logo

Vətəndaşlar qaydalara əməl olunmasa, karantin rejimi uzadılacaq

18:17 08-04-2020 | icon 2072
Vətəndaşlar qaydalara əməl olunmasa, karantin rejimi uzadılacaq

Ölkəmizdə karantin rejiminin müddəti uzadıla, hətta qaydalar sərtləşdirilə bilər.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

“Statistika göstərir ki, əksər vətəndaşlar karantin rejiminin qaydalarına əməl etmirlər. Əgər yoluxanların sayı artsa və vətəndaşlar qaydalara əməl etməsələr, karantin rejiminin müddəti uzadıla, hətta qaydalar sərtləşdirilə bilər.

Təəssüf ki, bəzən qaydaları pozanlar arasında savadlı şəxslər də olur. Əgər vətəndaşlar qaydalara əməl etsələr, yoluxmanın sürəti azalar, sağalanların isə sayı artar", - deyə İ.Məmmədov diqqətə çatdırıb.