Bakıda xüsusi karantin rejiminin ilk günü: 500-dən çox sürücü saxlanıldı
Bu gün xüsusi karantin rejimi qaydaları qüvvəyə minib və Bakı şəhər ərazisində bir neçə yerdə post qurulub. Postlarda xidmət aparan yol polisi əməkdaşları nəqliyyat vasitələrini hərəkətini tənzimləyir, onların icazəsinin olub-olmamağı barədə yerindəcə araşdırma aparılır.
YeniAvropa-ın əməkdaşları bu gün Bakı şəhər ərazisində yol polisini təşkil etdiyi tədbirləri izləyib və müşahidələr aparıb. Belə qənaətə gəlmək olar ki, vətəndaşlarımızın əksəriyyəti qoyulan qaydalara uyğun hərəkət edir və şəhərdə nəqliyyat vasitələrin sayında xeyli azalma var. Hətta bəzi küçə və prospektlərdə 30 saniyədən bir dəqiqəyə qədər məsafədə bir-iki avtomobil görmək mümkündür. Bu da qoyulan qaydalara sürücülərin yanaşmasını göstərir.
Təəssüflər olsun ki, təxminən 5 saatlıq çəkiliş müddətində 20-ə yaxın qayda pozan sürücü də aşkarlandı və onlar barəsində inzibati protokol tərtib olundu. Çəkiliş zamanı icazəsiz sərnişin daşıyan sürücülərə və karantin rejimi qaydalarından xəbərsiz sürücülərə də rast gəlinib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov YeniAvropa-ya bildirib ki, artıq məlum göstərişlə əlaqəli Bakı şəhərinin inzibati ərazisi bütövlükdə yol polisi tərəfindən tam nəzarətə götürülüb. “Polis gücləndirilmiş iş saatında xidmətini davam etdirir. Eyni zamanda Bakı şəhər üzrə yoxlama və buraxılma məntəqələrində hərəkətdə olan nəqliyyat vasitələrinin saxlanılır. Gün ərzində 500-dən artıq nəqliyyat vasitəsi yol polisləri tərəfindən saxlanılıb və müvafiq olaraq qaydalara uyğun hərəkət etməyən 20 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddənin tələblərinə uyğun protokol tərtib olunub.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq