logo

Türkiyədə 4,7 bal gücündə zəlzələ oldu

11:32 03-04-2020 | icon 2310
Türkiyədə 4,7 bal gücündə zəlzələ oldu

Türkiyənin Van vilayətinin Tuşba rayonunda Rixter cədvəli üzrə 4.7 bal gücündə zəlzələ baş verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkan aprelin 3-də yerli vaxtla saat 08.44-də qeydə alınıb.

Hələlik yeraltı təkanın təsiri barədə məlumat yoxdur.