logo

Hamama getmək, yaxud evə bərbər və dərzi çağırmaq da qadağan edildi

20:50 30-03-2020 | icon 2534
Hamama getmək, yaxud evə bərbər və dərzi çağırmaq da qadağan edildi

Bu gecədən tətbiqinə başlanacaq xüsusi rejim dövründə bərbərxana, dərzi,  gözəllik salonları, masaj, hamam və kosmetik xidmətlərin fəaliyyəti dayandırılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qeyd olunub ki, o cümlədən bu sahələrdə müştərinin evində və ya digər məkanlarda xidmət göstərmək də qadağandır. 

Xatırladaq ki, insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır.