logo

“Relax”da karantində olanlara tibbi ləvazimatları verilib

22:49 26-03-2020 | icon 3640
“Relax”da karantində olanlara tibbi ləvazimatları verilib

Lerik rayonundakı “Relax” turizm-istirahət mərkəzində karantində olan vətəndaşlarımıza ərzaq bağlamaları, bayram xonçaları, tibbi ləvazimatları veriblər.

YeniAvropa xəbər verir ki, bu barədə Lerik rayon İcra Hakimiyyətindən bildirilib.

Qeyd edilib ki, Lerik rayonunda koronavirusla (COVID-19) mübarizə tədbirləri çərçivəsində rayonun bütün idarə, müəssisə və təşkilatları Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi karantin rejiminə uyğun işlərini quraraq infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirləri davam etdirirlər.