"Azercell" 65 yaşdan yuxarı abunəçilərinə təmənnasız Mobil Müştəri Xidmətləri. təqdim edir!
Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar dünyada müşahidə olunan gərgin vəziyyətdə abunəçilərini diqqət mərkəzində saxlamağa davam edir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırda ölkədə xüsusi karantin rejimi elan edildiyini nəzərə alaraq, mobil operator mart ayının 24-dən etibarən 65 yaşdan yuxarı olan abunəçilərinə "Azercell"in Müştəri Xidmətlərindən evlərini tərk etmədən yararlanmaq imkanı təklif edir.
YeniAvropa xəbər verir ki, şirkətin bu kateqoriyaya aid olan bütün müştəriləri "Azercell"in Onlayn Müştəri Xidmətləri və ya Telefon Mərkəzinə müraciət edərək, şirkətin Mobil Müştəri Xidmətlərindən təmənnasız istifadə edə biləcəklər. İlkin mərhələdə Bakı şəhəri və Abşeron yarımadasının yaşı 65-dən yuxarı olan abunəçilər üçün ödənişsiz istidadəyə verilən Mobil Müştəri Xidmətləri yaxın günlərdə "Azercell"in bölgələrdə yaşayan müştəriləri üçün də əlçatan olacaq. Qeyd edək ki, ölkədə tətbiq edilən sosial izolyasiya tədbirlərinə riayət edilməsini rəhbər tutaraq, Azercell-in Onlayn Müştəri Xidmətləri və ya Telefon Mərkəzinin əməkdaşları müştəriyə bütün lazımi dəstəyi göstərməyə çalışacaq və yalnız zəruri hallarda (sim-kart dəyişikliyi kimi servislər) müraciət şirkətin Mobil Müştəri Xidmətlərinə yönləndiriləcək. Onu da vurğulayaq ki, “Azercell Telekom” MMC əhalinin və əməkdaşlarının sağlamlığının qorunması, həmçinin COVID-19 virusunun yayılmasının qarşısının alınması çərçivəsində müvafiq preventiv tədbirlər görərək, Mobil Müştəri Xidmətlərini, eləcə də abunəçilərlə təmasda olan bütün əməkdaşlarını ölkədə tətbiq edilən xüsusi rejim qaydalarına riayət edilməsi barədə təlimatlandırıb, onları maska, əlcək, antiseptik vasitələr və qoruyucu geyimlə təmin edib. Eyni zamanda, Azercell-in Müştəri Xidmətləri ofislərində masaüstü şüşə arakəsmələr quraşdırılıb.
Xatırladaq ki, "Azercell"in Bakı və bölgələrdə çalışan Müştəri Xidmətləri Mərkəzləri, "Azercell Eksklüziv" və "Azercell"in rəsmi diler məntəqələrində mütəmadi olaraq dezinfeksiya tədbirləri həyata keçirilir. Xidmət mərkəzləri xüsusi iş rejimində çalışaraq hər gün 09:00-dan 18:00-a qədər fəaliyyət göstərir.
"Azercell" öz abunəçilərinə ev şəraitindən ayrılmamaları və kütləvi insan axınının mövcud olduğu yerlərə baş çəkməmələri üçün şirkətin aşağıdakı alternativ xidmət kanallarından istifadə etməyi tövsiyə edir:
Online Müştəri Xidmətləri https://www.azercell.com/az/;
“Kabinetim” Mobil tətbiqi və onun tərkibindəki çat xidməti https://www.azercell.com/my/login;
"Azercell"in rəsmi "Facebook", "Twitter" və "Instagram" səhifələri;
"Azercell" Telefon Mərkəzi:
Fakturalı Xətt Abunəçiləri: +994(012) 4905252 şəhər nömrəsi və ya 6565/*1111 qısa nömrələri
Fakturasız Xətt (SimSim) Abunəçiləri: +994(012) 4904949 şəhər nömrəsi və ya 2002/*1111 qısa nömrələri
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq