Martın 13-də Azərbaycan Milli Məclisinin 2020-ci il yaz sessiyasının iclası keçirilir.
YeniAvropa xəbər verir ki, iclası Milli Məclisin Sədri Sahibə Qafarova açaraq gündəliyi təqdim edib.
İclasın gündəliyinə 18 məsələ daxildir.
iclasda VI çağırış Milli Məclisin deputatlarına mandatlar təqdim olunub. Mandatları Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov təqdim edib.
Məzahir Pənahov seçkilərin şəffaf və ədalətli keçirildiyini, bunun prezident İlham Əliyevin siyasi iradəsi sayəsində mümkün olduğunu vurğulayıb.