logo

Koronavirusa görə Azərbaycanda 500 nəfər karantində saxlanılır

13:11 05-03-2020 | icon 2856
Koronavirusa görə Azərbaycanda 500 nəfər karantində saxlanılır

Azərbaycanda 500-ə yaxın şəxs koronavirusla bağlı karantində saxlanılır.

 YeniAvropa xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla əlaqədar keçirdiyi brifinqdə deyib.

"Karantində olan şəxslərdən yaxmalar götürülüb və analiz edilib. Analizlərin nəticəsində onlarda koronavirus infeksiyası aşkarlanmayıb. Sadəcə olaraq xəstəliyin inkubasiya dövrü ilə əlaqədar onlar 14 gün karantində saxlanılırlar", - deyə V.Əliyev qeyd edib.