logo

İlham Əliyev Şəmkirdə  infrastruktur layihələrinə 8,76 milyon manat ayırdı

20:55 03-03-2020 | icon 1932
İlham Əliyev Şəmkirdə  infrastruktur layihələrinə 8,76 milyon manat ayırdı

Prezident İlham Əliyev martın 3-də Şəmkir rayonunda infrastruktur layihələrinin icrası məqsədilə 8,76 milyon manat vəsaitin ayrılmasına dair sərəncamlar imzalayıb. 

YeniAvropa xəbər verir ki, birinci sərəncamla 22 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Şəmkir–Zəyəm–Düyərli (18 km)–Zəyəm Cırdaxan–Tatarlı avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 7,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Prezident İlham Əliyevin imzaladığı digər bir sərəncamla isə  Şəmkir rayonunun əhalisi 75563 nəfər olan 15 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 18 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,26 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.