QHT-lərə Dövlət Dəstəyi Şurasının illik hesabat konfransı keçirilib
Fevralın 27-də "Park İnn" hotelində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının 2019-ci ildəki fəaliyyətinin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat konfransı keçirilib.
YeniAvropa xəbər verir ki, tədbirdə QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov təşkilatın 2019-cu ildəki fəaliyyəti ilə bağlı geniş təqdimatla çıxış edib.
İcraçı direktor ötən ilin QHT-lərə Dövlət Dəstəyi Şurası üçün uğurlu olduğunu bildirib və xüsusilə, elektron xidmətlərin tətbiqi ilə yadda qaldığını diqqətə çatdırıb. Qeyd edib ki, “SƏLİS” Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminin tətbiqi, 26 qurumla birgə qrant müsabiqəsinin keçirilməsi 2019-cu ilin ən böyük nailiyyətlərindəndir.
Şuranın icraçı direktoru “e-vətəndaş” elektron xidmət çərçivəsində 2020-ci il üçün qrant müsabiqəsinə təqdim olunan layihələrin qiymətləndirilməsində 15 minə yaxın vətəndaşın iştirak etdiyini və qırx mindən çox rəyin verildiyini deyib.
Ötən il Şuranın maliyyələşdirdiyi və icrası başa çatmış bütün layihələr üzrə QHT-lərdən hesabatların qəbul edildiyini diqqətə çatdıran F.Qurbanov deyib: "Şura 2019-cu ildə müxtəlif sahələr üzrə ictimai aktuallıq kəsb edən 568 QHT layihəsini maliyyələşdirib. Bu layilərin icrasına 688 nəfər daimi, 1251 nəfər müvəqüəti işçi olmaqla, ümumilikdə, 1939 nəfər cəlb olunub. Ötən il Şura 459 təlim və 1264 müxtəlif formatlı tədbir keçirib. Bundan başqa, 38 adda kitab, 30 adda kitabça nəşr olunub, eləcə də 55 televiziya verilişi, 62 sosial çarx, 38 film və 18 sayt hazırlanıb".
Bu il Şuranın qarşısında duran vəzifə və məqsədlərdən danışan icraçı direktor 2020-ci ildə bir sıra dövlət qurumları ilə birgə Qrant müsabiqələrinin keçiriləcəyini diqqətə çatdırıb. Şura rəsmisi könüllülük fəaliyyətinin təbliği məqsədilə ayrıca Qrant müsabiqəsinin keçiriləcəyini də vurğulayıb. O, 26 dövlət və digər qurumlarla birgə keçiriləcək müsabiqənin nəticələrinin mart ayında açıqlanacağını deyib.
Şura Katibliyinin məsləhətçisi Sima Cabbarova 2020-ci ilin "Könüllülər ili" elan olunması ilə bağlı təşkilatın qarşısında duran vəzifələrdən danışıb. O, Şuranın təşəbbüsü ilə "SƏLİS Könüllü" İctimai Birliyinin yaradıldığını bildirib. Şura Katibliyinin əməkdaşı birliyə üzv olmaq istəyənləri innobank.az saytında qeydiyyatdan keçməyə dəvət edib. O, həmçinin “İnnobank” ideya və elektron resurslar xidmətinə daxil olan Ekspert və kadr, Təlim, İdeya və Hesabat bankları barədə ətraflı məlumat verib.
Şura Katibliyinin elektron xidmətlər bölməsinin rəhbəri Nədimə Rəhimli 2020-ci ildə QHT-lərin istifadəsinə veriləcək yeni proqram təminatları barədə geniş məruzə edib. O, elektron resurslarla bağlı qarşıda duran vəzifələr, cari ildə təkmilləşdiriləcək elektron xidmətlər, keçiriləcək təlim və digər tədbirlərlə bağlı ətraflı danışıb.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq