logo

Şimal bölgəsində 30 sm qar yağıb

10:56 26-02-2020 | icon 2156
Şimal bölgəsində 30 sm qar yağıb

Fevralın 25-i axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.

YeniAvropa xəbər verir ki, bu barədə Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirilib ki, qarın hündürlüyü Qubanın Xınalıq kəndində 30, Qırızdəhnədə 15, Xaltanda 12, Qubanın mərkəzində isə 7 santimetrdir.

Qusarın Ləzə kəndində 25, Xızının Altıağac qəsəbəsində isə 8 santimetr qar yağıb.

Ən aşağı temperatur Qubanın Xınalıq və Qusarın Ləzə kəndində qeydə alınıb- mənfi 15 dərəcə.