logo

Kəlbəcərli şəhid əsgər İbrahim Vəliyev Zərdabda dəfn olunacaq

16:55 24-02-2020 | icon 2226
Kəlbəcərli şəhid əsgər İbrahim Vəliyev Zərdabda dəfn olunacaq

Bu gün səhər saatlarında Ermənistan ordusunun diversiya qrupununu Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqəsinə hücum cəhdinin qarşısı alınarkən şəhid olmuş sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlunun nəşin Gəncənin 3 nömrəli xəsətəxanada ekspertiza olunduqdan sonra Zərdaba yola salınıb.

YeniAvropa xəbər verir ki, şəhid əsgər İbrahim Vəliyev Zərdab şəhərində dəfn olunacaq.

Qeyd edək ki, İbrahimin ailəsi Kəlbəcər rayonundan məcburi köçkündürlər. Hazırda onlar Zərdab rayonunda yaşayırlar.