logo

"Azercell" ötən il dövlət büdcəsinə 112 milyon manat ödəyib

13:59 21-02-2020 | icon 2331
"Azercell" ötən il dövlət büdcəsinə 112 milyon manat ödəyib

Azərbaycanın aparıcı mobil rabitə operatoru "Azercell Telekom" 2019-cu ildə dövlət büdcəsinə 112 milyon manat ödəniş həyata keçirib.

YeniAvropa xəbər verir ki, bu barədə "Azercell"in prezidenti Vahid Mürsəliyev "Boulvard hotel"də təşkil olunan , şirkətin ötən ilin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, ümumilikdə, 23 il ərzində bu rəqəm 1,845 milyard manat təşkil edib.

"Şirkət tərəfindən ölkənin telekommunikasiya sahəsinin inkişafına ötən il 94,5 milyon ABŞ dollarından çox, ümumilikdə isə 1,621 milyard dollardan artıq sərmayə yatırıb. 2019-cu ildə sosial layihələrə ümumilikdə 253 min dollardan artıq vəsait sərf edilib ki, bu göstərici 23 il ərzində 19 milyon dolları ötüb", - deyə Vahid Mürsəliyev vurgulayıb.

Şirkət rəhbəri  daha sonra sözlərinə onu da əlavə edib ki, 2019-cu il ərzində "Azercell" 1 617 ədəd yeni radio baza stansiyası (RBS) qurub ki, bunlardan 1 217 ədədi "4G" şəbəkəsini dəstəkləyir: "Şəbəkə vasitəsilə ötürülən internet trafikin həcmi 304% artıb. Ötən ilin sonu şirkət tərəfindən ölkədə və Cənubi Qafqazda ilk "5G" pilot şəbəkəsi istifadəyə verildi".