logo

Bakıda sumo üzrə Avropa çempionatı keçiriləcək

17:59 20-02-2020 | icon 3283
Bakıda sumo üzrə Avropa çempionatı keçiriləcək

Aprelin 16-20-də Bakıda sumo üzrə Avropa çempionatı keçiriləcək.

YeniAvropa xəbər verir ki, qitə çempionatında 25-ə yaxın ölkədən idmançılar iştirak edəcəklər. Yarışlar Bakı İdman Sarayında keçiriləcək.

Çempionatda idmançılar üç yaş kateqoriyasında mübarizə aparacaqlar. Bu kateqoriyalara 21 yaşadək və 23 yaşadək olan gənclər və böyüklər daxildir.

Azərbaycanın kişilərdən ibarət yığma komandası çempionatda hər bir çəki dərəcəsində iki idmançı ilə təmsil olunacaq.