Avropa çempionu Nazim Babayev Fransanın Lievin şəhərində keçirilən atletika üzrə “Meeting Hauts de France pas de Calais” beynəlxalq turnirində gümüş medal qaanaraq, “Tokio 2020” Yay olimpiya Olunlarına lizenziya əldə edib.
YeniAvropa xəbər verir ki, fevralın 19-da beynəlxalq turnirində iştirak edən Nazim Babayev üç təkanla tullanma növündə 17,15 metr nəticə göstərərək ikinci olub.
Turnirdə Burkina Fasonu təmsil edən Huques Fabrike Zanqo 17,51 nəticə ilə bütün rəqiblərini qabağlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, N.Babayev fevralın 15-də İstanbulda keçirilən Balkan çempionatında qızıl medal qazanaraq Azərbaycan bayrağını zirvələrə qaldırıb.