logo

Ali məktəblərə qəbul imtahanında dəyişiklik edilib

11:29 18-02-2020 | icon 3073
Ali məktəblərə qəbul imtahanında dəyişiklik edilib

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib.

YeniAvropa xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, qəbul imtahanını rus dilində verən abituriyentlərin Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan vermələri üçün imtahan müddəti 1 saat 30 dəqiqəyədək artırılıb.

Qeyd edək ki, bundan əvvəl həmin imtahanın müddəti 45 dəqiqə olub.