Fevralın 15-də İstanbulda XXV Balkan çempionatına start verilib.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyasından bildirilib.Azərbaycanın gənc atletlərinin də qatıldığı yarışda üç təkanla tullanma yarışında iştirak edən Nazim Babayev 16,92 metr nəticə göstərərək çempion olub. O, ermənistanlı rəqibini üstələyərək yarışın qalibi adını qazanıb.
Azərbaycanın daha bir medalını Yekaterina Sarıyeva əldə edib. O, qadınların yarışında üç təkanla 13,50 metr tullanmağı bacararaq, bürünc medala sahib olub. Sarıyeva həm də yeni Azərbaycan rekordu müəyyənləşdirib.
Qeyd edək ki, turnirdə ölkəmizi İlham Abışov, Anna Yusupova, Rahim Məmmədov, Yelena Pextireva, Yekaterina Sarıyeva, Nazim Babayev və Rüstəm Məmmədov təmsil ediblər. Atletlərimiz federasiyanın baş katibi Məhərrəm Sultanzadənin rəhbərliyi altında mübarizə aparırlar.