logo

Tbilisi prospektində yeni yerüstü piyada keçidinin tikintisinə başlanılır

10:58 11-02-2020 | icon 2660
Tbilisi prospektində yeni yerüstü piyada keçidinin tikintisinə başlanılır

Paytaxtın Tbilisi prospekti ilə akademik Həsən Əliyev küçəsinin kəsişməsində yerüstü piyada keçidinin tikintisinə başlanılır.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Qeyd edilib  ki, yerüstü piyada keçidinin aşırım hissəsi üstü açıq olmaqla metal konstruksiyalıdır. Tbilisi prospekti üzərindən hər birinin uzunluğu 70,92 metr olan iki aşırım hissə, Həsən Əliyev küçəsinin üzərindən isə uzunluğu 59,29 metr olan bir aşırım hissə keçməklə yeni yerüstü piyada keçidinin görünüşü üçbucaq şəkilindədir. Kənar dayaqlar və pilləkənlər dəmir-betondur. Orta dayaqlar metaldır və metal troslar vasitəsilə asılmaqla asma körpü görünüşünə oxşadılıb.

Fiziki məhdudiyyətli vətəndaşların hərəkəti üçün bütün girişlərdə elektrik panduslar nəzərdə tutulub.