Çinin Nancinq şəhərində keçirilməsi nəzərdə tutulan atletika üzrə qapalı məkanda dünya çempionatı koronavirusla əlaqədar təxirə salınıb.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə qərar Dünya Atletikası tərəfindən qəbul olunub. Çempionatın 2021-ci ilin martında təşkili nəzərdə tutulub.
Koronavirusla əlaqədar aprelədək Çində bütün idman tədbirləri ləğv olunub. Ölkədə bu epidemiyaya yoluxan 6 minədək insandan 130-u ölüb.
Mundialda Azərbaycan atletlərindən Nazim Babayev və Aleksis Kopello da iştirak edəcəklər.