logo

Ərsalan Zare: Rəşt-Astara dəmir yolu İran ilə Azərbaycanın idxal-ixrac əməliyyatlarının həcmini artıracaq

12:39 26-01-2020 | icon 518
Ərsalan Zare: Rəşt-Astara dəmir yolu İran ilə Azərbaycanın idxal-ixrac əməliyyatlarının həcmini artıracaq

İranın Rusiya və digər MDB dövlətləri ilə idxal-ixrac əməliyyatlarının 70 faizi Xəzər dənizi sahilindəki limanlar vasitəsilə həyata keçirilir.

YeniAvropa xəbər verir ki,bu sözləri İranın Gilan vilayətinin valisi Ərsalan Zare deyib.

O bildirib ki, vilayətin dəniz sahilində yerləşməsi Xəzəryanı dövlətlərlə ticarət əlaqələrinin inkişafına böyük imkan yaradır.

Ə. Zare diqqətə çatdırıb ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara (İran)–Astara (Azərbaycan) dəmir yolu Gilan vilayətindən keçərək Azərbaycana, oradan isə Rusiya və Avropaya qədər uzanacaq. Dəmir yolu istifadəyə verildikdən sonra Gilan vilayəti ilə Azərbaycan arasındakı idxal-ixrac əməliyyatlarının həcmi artacaq. Bununla yanaşı, İranın cənubundakı vilayətlər də bu yoldan səmərəli istifadə edərək, ticarət əlaqələrini genişləndirə biləcəklər.

Qeyd edək ki, Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin Qəzvin-Rəşt-hissəsi ötən ilin martında istifadəyə verilib. Yolun Rəşt-Astara hissəsində isə inşaat işləri davam edir. Bu yol İran, Azərbaycan və Rusiyanın dəmir yollarını birləşdirəcək.