logo

İran milli istehsalı olan “Zəfər” peykini fəzaya buraxır

14:22 18-01-2020 | icon 2436
İran milli istehsalı olan “Zəfər” peykini fəzaya buraxır

Yaxın günlərdə İran milli istehsalı olan “Zəfər” peykini fəzaya buraxacaq.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri məlumat verib. Onun sözlərinə örə, İran mütəxəssislərinin hazırladıqları “Zəfər” peykinin çəkisi 90 kiloqramdır.

Elmi-tədqiqat məqsədləri üçün fəzaya çıxarılacaq peyk kameralarla təchiz olunub. Bu kameralar həm kosmosda, həm də planetimizdə baş verənləri müşahidə edəcək. Bununla hava proqnozunu daha dəqiq vermək imkanı yaranacaq. Eyni zamanda, peykin müşahidələri təbii fəlakətlərin haqqında da məlumat verəcək və bu fəlakətlərin qarşısını almaq imkanı yaranacaq.