Yanvarın 15-də axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin dəyişib, bəzi yaşayış məntəqələrinə qar yağıb.
YeniAvropa xəbər verir ki, Qubanın Xınalıq və Qrız kəndində qarın hündürlüyü 13 santimetr, Xaltan kəndində 5 santimer, rayon mərkəzində isə 3 santimer təşkil edib. Qusarda 4 santimer, Xızının Altıağac qəsəbəsində isə qarın hündürlüyü 5 santimerə çatıb.
Ən aşağı temperatur isə Qubanın Xınalıq və Qrız kəndlərində qeydə alınıb. Burda temperatur -12°-dək enib.