logo

Atambayevin həbs müddəti uzadıldı

19:47 14-01-2020 | icon 2541
Atambayevin həbs müddəti uzadıldı

Məhkəmə Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin həbs müddətinin uzadılmasına dair qərar verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə onun vəkili Zamir Jooşev məlumat verib.

Müdafiə tərəfinin yaydığı xəbərə əsasən, məhkəmə A.Atambayevin həbs müddətini daha iki aya qədər uzadıb. Həmçinin, iş üzrə növbəti məhkəmə iclasının yanvarın 16-da keçiriləcəyini bildirilib.

Xatırladaq ki, Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev məhkəmə qərarı ilə 2019-cu ilin avqustunda həbs olunub.