TÜRKPA böyük siyasi çəkiyə malik nüfuzlu parlament təşkilatına çevrilib
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) IX iclasında Azərbaycanın təşkilata sədrliyinin prioritetləri açıqlanıb.
YeniAvropa xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov iclasdakı çıxışında qarşıdakı dövrdə TÜRKPA-nın məqsədlərinin həyata keçməsi üçün Azərbaycan tərəfinin lazım olan bütün tədbirlərin görülməsinə çalışacağını bildirib.
Sədr deyib ki, təşkilatın fəaliyyət göstərdiyi 10 ildən artıq müddət ərzində TÜRKPA-nın əsas tədbirləri üçüncü dəfədir Bakıda keçirilir. TÜRKPA böyük siyasi çəkiyə malik olan nüfuzlu parlament təşkilatına çevrilib. Siyasi, iqtisadi, mədəni və digər sahələrlə əlaqələrimizin inkişafına Assambleyanın verdiyi töhfənin ildən-ilə artması təşkilatın fəaliyyətinin səmərəli şəkildə qurulduğunu sübut edir. Qarşıdakı bir il ərzində TÜRKPA-ya sədrliyi Azərbaycan tərəfinin həyata keçirəcəyini vurğulayan Oqtay Əsədov deyib ki, ötən illərdə başlanmış bütün önəmli işlər davam etdiriləcək. Fəaliyyətimizin əsas istiqamətlərini üzv ölkələrin milli qanunvericiliyinin yaxınlaşdırılması və model qanunların hazırlanması, komissiyaların fəaliyyətinin gücləndirilməsi, parlament aparatları arasında təcrübə mübadiləsi proqramlarının davam etdirilməsi təşkil edəcək. TÜRKPA-nın beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsi də önəmli fəaliyyət istiqamətlərindən biri olacaq.
Milli Məclisin sədri deyib ki, ötən dövrdə TÜRKPA-nın beynəlxalq aləmdə tanıdılması üçün bir sıra tədbir həyata keçirilib. Təşkilatımız dünyanın 179 ölkəsinin üzv olduğu Parlamentlərarası İttifaqda, İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında, Asiya Parlament Assambleyasında, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə Təşkilatında müşahidəçi statusuna malikdir. ATƏT Parlament Assambleyasının fəaliyyətində TÜRKPA-nın qonaq kimi iştirak etməsi barədə razılıq əldə edilib. Avropa Parlamenti və MDB Parlamentlərarası Assambleyası ilə əməkdaşlıq əlaqələri qurulub. Bundan başqa, TÜRKPA-nın baş katibi Parlamentlərin Baş Katibləri Assosiasiyasının üzvüdür, bu fakt da təşkilatımızın beynəlxalq nüfuzundan xəbər verir. TÜRKPA-nın beynəlxalq müşahidəçilər missiyası 9 ildir üzv ölkələrdə keçirilən prezident və parlament seçkilərini müşahidə edir. Gələn il ölkəmizdə keçirilməsi nəzərdə tutulan parlament seçkiləri də TÜRKPA missiyası tərəfindən müşahidə ediləcək. Bu baxımdan, missiyanın fəaliyyəti növbəti dövrdə də diqqət mərkəzində olacaq.
Oqtay Əsədov qeyd edib ki, TÜRKPA türk dünyasının diasporları arasında əməkdaşlığın inkişafına və bu sahədə müvafiq layihələrin həyata keçirilməsinə dəstək verəcək. Türk əməkdaşlığı qurumları arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi xüsusi diqqət mərkəzində olacaq. Əlbəttə, sadalanan bu fəaliyyət istiqamətləri görüləcək işlərin yalnız ümumi cizgilərini müəyyən edir. Bizim fəaliyyətimiz xalqlarımızın əlaqələrinin inkişafı üçün TÜRKPA-nın iştirakı, köməyi və dəstəyi tələb olunan bütün sahələri əhatə edəcək.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq