logo

Dinamit yatağı tapıldı, şəhər əhalisinin yarıdan çoxu köçürüldü

17:48 15-12-2019 | icon 2576
Dinamit yatağı tapıldı, şəhər əhalisinin yarıdan çoxu köçürüldü

İtaliyanın dənizkənarı şəhərlərindən biri olan Brindizidə İkinci Dünya müharibəsi zamanı basdırılmış və Böyük Britaniyaya məxsus 40 kiloqramlıq dinamit yatağı aşkarlanıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, dekabrın 15-də şəhər rəhbərliyi və ölkənin təhlükəsizlik orqanlarının qərarı ilə şəhər əhalisinin yarıdan çoxu, 50 mindən çox insan təcili evakuasiya olunub.

Bomba mütəxəssisləri tapıntını çıxararaq zərərsizləşdiriblər. Bu hadisə İtaliya tarixində İkinci Dünya müharibəsindən sonra ikinci belə böyük əməliyyatdır.

Sözügedən bomba müharibə zamanı Böyük Britaniya hərbi qüvvələri tərəfindən atılıb. O, şəhər kinoteatrının yenidən qurulması zamanı təsadüfən aşkarlanıb. Çıxarılmış dinamitlər 3 gün sonra xüsusi ayrılmış ərazidə partladılacaq.