logo

Bakıda ana və qızı amansızcasına qətlə yetirilib

10:15 14-12-2019 | icon 343
Bakıda ana və qızı amansızcasına qətlə yetirilib

Bakıda ana və qızı yaşadıqları mənzillərində  amansızcasına qətlə yetirilib.

YeniAvropa xəbər verir  ki, bu barədə Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov özünün "Facebook" səhifəsində məlumat paylaşıb.

Məlumatda qeyd edilir ki, dekabrın 13-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində 1968-ci il təvəllüdlü Fatma Həmzəyeva və 1994-cü il təvəllüdlü qızı Elgün Niftizadənin yaşadıqları mənzildə üzərlərində çoxsaylı kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətləri olan meyitləri aşkar edilib.

Qeyd edilib ki, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.