Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının(AFFA) 8 yanvar 2020-ci il tarixinə növbədənkənar Konfransı keçiriləcək.
YeniAvropa AFFA-nın saytına istinadən xəbər verir ki, müvafiq qərar AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub.
İclasda həmçinin, AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflər hazırlanaraq AFFA-nın növbədənkənar Konfransına təqdim olunması qırara alınıb.