logo

3 milyonuncu turist Azərbaycana gəlib

12:10 12-12-2019 | icon 1981
3 milyonuncu turist Azərbaycana gəlib

Dekabrın 11-də ölkəmizə il ərzində 3 milyonuncu xarici qonağın gəlişi qeydə alınıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildirilib. Qeyd edilib ki, həmin şəxs Ankara-Bakı reysi ilə ölkəmizə gələn Türkiyə vətəndaşı Seda Ünlü olub.

Sərhədçilər tərəfindən gül dəstəsi və simvolik hədiyyələr ilə qarşılanan qonaq bu xoş sürprizdən çox məmnun qaldığını söyləyib və minnətdarlığını bildirib.