logo

"BP"nin hazırkı və gələcək rəhbərləri Azərbaycanda səfərdədirlər

13:27 11-12-2019 | icon 2555
"BP"nin hazırkı və gələcək rəhbərləri Azərbaycanda səfərdədirlər

"BP" şirkətinin hazırkı və gələcək rəhbərləri Azərbaycanda səfərdədirlər.

 YeniAvropa xəbər verir  ki, bu barədə “BP Azerbaijan” şirkətindən bildirilib.Qeyd edilib ki, "BP" qrupunun baş icraçı direktoru Robert Dadli və gələn ildən onu bu vəzifədə əvəz edəcək Bernard Luni Azərbaycana işgüzar səfər ediblər.

Səfər çərçivəsində "BP"nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə rəhbərliyi və əməkdaşları ilə bir sıra şirkətdaxili görüşlər keçirilib.

Qeyd edək ki, hazırda "BP" qrupunun apstrim bölümünə rəhbərlik edən B.Luni R.Dadlini "BP" qrupunun baş icraçı direktoru vəzifəsində gələn il fevralın 5-dən əvəz edəcək və həmin tarixdən də BP-nin Direktorlar Şurasının üzvü olacaq.

R.Dadli fevralın 4-də "BP"nin baş icraçı direktoru vəzifəsindən və Direktorlar Şurasının üzvlüyündən gedəcək, martın 31-dən isə təqaüdə çıxacaq.