logo

Daha 24 dövlət əmlakı özəlləşdirildi

16:10 10-12-2019 | icon 2548
Daha 24 dövlət əmlakı özəlləşdirildi

Dekabrın 10-u dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) YeniAvropa-ya  bildirilib ki, hərracda 24 dövlət əmlakı üzrə ümumilikdə 132 sifariş qeydə alınıb, sifarişlərdən 28-i elektron formada verilib.

Özəlləşdirilən kiçik dövlət müəssisələrindən biri Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki əmlak kompleksidir. Ümumi sahəsi 46,4 kvadratmetr olan dövlət əmlakının birlikdə özəlləşdirildiyi torpaq sahəsi 440 kvadratmetrdir.

Budəfəki hərracda bütün nəqliyyat vasitələri rəqabət yaradıb. Buraxılış tarixləri 2008-ci il olan “VAZ” markalı avtomobillərdən birinin ilkin qiyməti 3 min 600 manat olsa da hərrac iştirakçıları arasında rəqabət nəticəsində nəqliyyat vasitəsi 6 min 100 manata özəlləşdirilib.

Hərraclara çıxarılan dövlət əmlakları ilə tanış olmaq və sifarişçi statusu qazanmaq istəyən şəxslər rəsmi sayta (“emdk.gov.az”) və ya Özəlləşdirmə portalına (“privatization.az”) daxil ola bilər.