logo

İordaniyanın kralı II Abdullah Azərbaycana rəsmi səfərə gəlib

14:30 10-12-2019 | icon 2170
İordaniyanın kralı II Abdullah Azərbaycana rəsmi səfərə gəlib

İordaniya Haşimilər Krallığının kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn dekabrın 10-da Azərbaycana rəsmi səfərə gəlib.

YeniAvropa xəbər verir  ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda İordaniya Kralının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İordaniya kralı II Abdullah ibn Al Hüseyni hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.