logo

Parisdə Putin-Zelenski görüşü başlayıb

23:17 09-12-2019 | icon 2611
Parisdə Putin-Zelenski görüşü başlayıb

Parisdə Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Vladimir Zelenski arasında görüş keçirilir.

 YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, prezidentlərin görüşü “Normand dördlüyü” (Almaniya, Rusiya, Ukrayna, Fransa) sammitindən sonra başlayıb. Danışıqların təxminən 45 dəqiqə davam edəcəyi gözlənilir.

Qeyd edək ki, bu, Vladimir Putin ilə Vladimir Zelenski arasında ilk rəsmi görüşdür. İndiyədək yalnız iki ölkə lideri arasında bir neçə dəfə telefon danışığı olub.