logo

REAL-çı İlqar Məmmədov 42 tərəfdaşı ilə seçkilərə qatılır

21:47 09-12-2019 | icon 5117
REAL-çı İlqar Məmmədov 42 tərəfdaşı ilə seçkilərə qatılır

REAL partiyası  gələn il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri üçün namizədlərini müəyyənləşdirib.

 YeniAvropa xəbər verir  ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb. Məlumatda  İlqar Məmmədova istinadla bildirilir ki, hərəkat seçkilərdə 43 dairədən öz namizədlərini ürəli sürəcək. 

İlqar Məmmədovun sözlərinə görə, namizədlərin müəyyənləşdirilməsinə baxmayaraq, bu siyahıya dəyişiklik və əlavələrin edilməsi mümkündür: "Namizədlərimizdən irəli sürdüyümüz 21 seçki dairəsi Bakıda, digər 22-si isə Azərbaycanın bölgələrindədir".

İlqar Məmmədov yaxın günlərdə namizədlərin adlarının açıqlanacağını da əlavə edib.