logo

Kiyevdə GUAM ölkələri hökumət başçılarının görüşü keçiriləcək

09:41 09-12-2019 | icon 2520
Kiyevdə GUAM ölkələri hökumət başçılarının görüşü keçiriləcək

Dekabrın 12-də Ukraynanın paytaxtı Kiyev şəhərində GUAM-a üzv ölkələrin hökumət başçılarının görüşü keçiriləcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə GUAM-ın Milli Əlaqələndiricilər Şurası məlumat yayıb. Görüşdə Azərbaycanı baş nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Ukrayna, Gürcüstan və Moldovanın baş nazirlərinin iştirak edəcəyi görüşdə 2020-ci ildə Azərbaycanın quruma sədrliyi dövründə həyata keçiriləcək layihələr, GUAM-ın səmərəliliyinin yüksəldilməsi, təşkilat üzvləri arasında əməkdaşlığın iqtisadi tərəfinin inkişafı müzakirə ediləcək.

Qeyd edək ki, 2020-ci ilin yanvarın 1-dən GUAM-a sədrlik rotasiya qaydasında Azərbaycana keçəcək.