logo

Sinoptiklərdən qar xəbərdarlığı

14:21 07-12-2019 | icon 2303
Sinoptiklərdən qar xəbərdarlığı

Sinoptiklər ölkə ərazisində gözlənilən yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 8-də axşam, dekabrın 9-da arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi proqnozlaşdırılır. Şimal-qərb küləyi əsəcək, dekabrın 9-da arabir güclənəcək.

Azərbaycanın əsasən şimal və şərq rayonlarında dekabrın 8-də axşam və dekabrın 9-da havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi bildirilir. Qərb küləyi əsəcək, dekabrın 9-da ayrı-ayrı yerlərdə arabir güclənəcək. Dağlıq rayonlarda gecə saatlarında yolların buz bağlama ehtimalı var.