Avropa Bankı Azərbaycandakı islahatları müsbət qiymətləndirib
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) noyabrda açıqladığı “2019-2020-ci illər üzrə keçid hesabatı”na əsasən, Azərbaycanda ölkə rəhbərliyinin iradəsi ilə həyata keçirilən islahatların müsbət nəticələri vurğulanıb, inkişafı şərtləndirən amillər qeyd edilib, gələcək dövr üçün proqnozlaşdırılan pozitiv perspektivlər əks olunub.
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindənYeniAvropa-ya bildirilib ki, hesabatda son illər ölkədə karbohidrogen hasilatından əldə edilən gəlirlərin iqtisadiyyatın digər sektorlarına yönəldilməsinin Azərbaycanda iqtisadi şaxələndirməni gücləndirdiyi və özəl sektorun ümumi inkişafın əsas prioritetlərdən birinə çevrildiyi qeyd edilib. Həmçinin hesabatda maliyyə sektorunda aparılmış islahatlar nəticəsində vergi yükünün azaldılması, mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi xüsusi vurğulanıb.
Son zamanlar maliyyə sektorunda həyata keçirilən islahatlar, bu islahatların nəticəsi olaraq sektordakı müşahidə olunan sabitlik və müsbət trendlər də hesabatda öz əksini tapıb. Belə ki, ölkədə kredit verilməsindəki azalmanın 2018-ci ildən dayandığı, ümumi makroiqtisadi sabitləşmə və iqtisadi artımın yenidən başlanması fonunda ilin sonundan etibarən nominal nisbətdə artmağa başladığı diqqətə çatdırılıb. Sözügedən hesabatda kreditləşmə və əmanətlərin həcmində dollarlaşmanın azalması müsbət tendensiya kimi qeyd edilib.
Eyni zamanda, ölkə başçısının 2019-cu il fevralın 28-də problemli kreditlərin həlli ilə bağlı imzaladığı Fərman, bu fərman çərçivəsində sektorun sağlamlaşdırılması baxımından atılmış addımlar və əldə olunmuş müsbət nəticələr də hesabatda geniş şərh olunub.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq