logo

Azərbaycan “Tokio 2020”-yə 10 lisenziya qazanıb

12:27 17-11-2019 | icon 2982
Azərbaycan “Tokio 2020”-yə 10 lisenziya qazanıb

Azərbaycan idmançıları indiyədək “Tokio 2020” Yay Olimpiya Oyunlarına 10 lisenziya qazanıblar.

 YeniAvropa xəbər verir ki, Anna Skidanın (çəkiacatma), güləşçilər Mariya Stadnik (50 kq) və Şərif Şərifovun (97 kq), bədii gimnastımız Zöhrə Ağamirovanın, bədii gimnastika üzrə qrup hərəkətləri komandamızın, güllə atıcımız Ruslan Lunyovun, üzgüçümüz Maksim Şemberevin, idman gimnastları Marina Nekrasova və İvan Tixonovun, həmçinin kişilər arasında şose velosipedi növündə 1 idmançımızın dördilliyin zirvə yarışında ölkəmizi təmsil edəcəkləri dəqiqləşib.

Xatırladaq ki, son  “Rio 2016” Yay Olimpiya Oyunlarına 56 idmançı ilə qatılan Azərbaycan komandası 1 qızıl, 7 gümüş və 10 bürünc medala sahib olub.