Nikola Yurçeviç sabahkı Azərbaycan-Uels qarşılaşmasından danışdı
Beş gündür komandamız təlim-məşq toplanışındadır. Komandada əhval-ruhiyyə yaxşıdır. Zədə və başqa səbəblərdən komandamıza kömək edə bilməyəcək futbolçularımız var. Eddi İsrafilov komandaya qoşula bilmədi, Mahir Emreli və Rüfət Dadaşov isə zədəli olduğu üçün oyunda iştirak etməyəcək. Maksim Medvedevin də zədəsi var və meydana çıxmamaq ehtimalı az deyil.
YeniAvropa xəbər verir ki, bu barədə futbol üzrə “Evro2020”nin seçmə mərhələsi çərçivəsində Uels millisini qəbul edəcək Azərbaycan yığmasının baş məşqçisi Nikola Yurçeviç noyabrın 15-də keçirdiyi mətbuat konfransında deyib.
Nikola Yurçeviç bildirib ki, son oyunlarda rəqiblərimizə qarşı yaxşı mübarizə aparmışıq, ancaq qarşılaşmanın başa çatmasına təxminən beş dəqiqə qalmış məğlub olmuşuq. Həmin oyunlarda bəxtimiz də gətirməyib. Uelslə oyundan əvvəl optimist olmalıyıq ki, qarşıdakı oyunlarda nəticələrimiz yaxşı olsun. Zədəli futbolçularımız mütəmadi əsas heyətdə meydana çıxanlardır və onları əvəz etmək asan deyil. Ümid edirik ki, həmin oyunçuların əvəzinə meydana çıxacaq futbolçular tapşırıqların öhdəsindən layiqincə gələcəklər.
Baş məşqçi qeyd edib ki, məni sabahkı oyunla bağlı ümidli edən son dörd oyunun təhlilləridir. Uelslə görüşün sonuna yaxın qol buraxdıq, məğlub olduq. Xorvatiya ilə matçdan xalla ayrıldıq. Macarıstanla oyunun son 15-20 dəqiqəsində yaxşı çıxış etdik, hətta qol vurduq, amma hakim bunu qeydə almadı və bir xalımızı “oğurladı”.
“Heyəti açıqlamamaqla hansısa sirri qorumuruq. Sadəcə, bəzi futbolçuların oynayıb-oynamayacağını son məşqdən sonra biləcəyik. Oyunöncəsi məşq isə mətbuat konfransından sonra başlayacaq”, - deyə xorvatiyalı mütəxəssis əlavə edib.
Oyunun çətin keçəcəyini bildirən milli komandanın üzvü Şəhriyar Rəhimov isə deyib: “Bu seçmə mərhələ çərçivəsində doğma meydanımızda son görüşümüzə çıxacağıq. Azarkeşlərimizi sevindirmək, ölkəmizi bu turnirdə layiqincə təmsil etmək üçün qələbə qazanmağa çalışacağıq”.
Qeyd edək ki, noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Uels matçı saat 21:00-da başlayacaq.
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib
“Air France”ın təyyarəsi Bakıya qəza enişi edib
2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Qırğızıstan prezidenti sabah Ağdamda tikəcəkləri məktəbin təməlini qoyacaq
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi "BBC"yə müsahibə verib
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollara çatır
Bakıda Azərbaycan-Başqırdıstan biznes- forumu keçirilib
Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalanıb
Qırğızıstan Ağdamda məktəb tikəcək
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
HDQ və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
Laçındakı konfransda 30 ölkədən ekspertlər iştirak edirlər
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub