logo

İranda ağır avtoqəzada 28 nəfər ölüb

15:10 14-11-2019 | icon 2506
İranda ağır avtoqəzada 28 nəfər ölüb

İranın Əfqanıstan və Pakistan ilə sərhədində yerləşən Sistan-Bəlucistan vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir  ki, iki avtomobilin toqquşması nəticəsində 28 nəfər ölüb.

Yerli mətbuatın məlumatına görə, qəza nəticəsində ölənlərin əksəriyyəti qanunsuz miqrantlardır. Yol-nəqliyyat hadisəsi törədən avtomobillərdə əfqan və pakistanlı miqrantlar olublar.