logo

Zahid Oruc: “Prezident artıq yeni elitanı formalaşdırır”

20:16 13-11-2019 | icon 2121
Zahid Oruc: “Prezident artıq yeni elitanı formalaşdırır”

“Parlamentin IV-V çağırış dövründə iki ildə ilk dəfədir ki, iki fərqli baş nazirin iştirakı ilə dövlət büdcəsi müzakirə olunur”.

YeniAvropa xəbər verir  ki, bu  fikri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında dövlət büdcəsinin müzakirəsi zamanı səsləndirib.
Deputat qeyd edib ki, ilk növbədə hökumət keçmiş Nazirlər Kabinetində yer alan şəxslərin kölgəsindən çıxmağı bacarmalıdır: “Prezidentin qərarı ilə vəzifəsindən çıxarılan şəxslərin fəaliyyətlərinə, nöqsanlarına və bir sıra hallarda cinayətlərinə yol vermək, təkrarlamaq olmaz. Hökumətdən ən başlıca tələb bundan ibarətdir. Prezident artıq yeni elitanı formalaşdırır. Bu, həm də hökumət və dövlət strukturların hamısını əhatə edir”.

Z.Oruc vurğulayıb ki, islahatlar dərinləşdikcə, struktur və instusional xarakter daşıdıqca daha çox vətəndaşlar bu prosesi müdafiə edir, bu prosesdə iştirak edir və yeni elitanın formalaşmasında hamı öz töhfəsini verməlidir: “Ölkə başçısının irəli sürdüyü əsas məsələlərdən biri haqsız rəqabəti aradan qaldırmaqdır”.