logo

Boliviyada daha bir nazir istefa verdi

11:47 13-11-2019 | icon 2317
Boliviyada daha bir nazir istefa verdi

Boliviyanın xarici işlər naziri Diyeqo Peri istefa verib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu, mühüm dövlət postundan imtina edən sayca ikinci nazirdir. O,  Boliviyanın Amerika Dövlətləri Təşkilatındakı nümayəndəsi postunu da tərk edib.

Xatırladaq ki, daha əvvəl ölkədə prezident Evo Morales, vitse-prezident Alvaro Qarsiya və müdafiə naziri Havyer Savaleta da istefa vermişdi. Hazırda ölkəni müvəqqəti olaraq Boliviya senatını ikinci vitse-spikeri, müxalifət nümayəndəsi Janin Anyes idarə edir.