logo

Moldova parlamenti hökuməti istefaya göndərdi

16:10 12-11-2019 | icon 2793
Moldova parlamenti hökuməti istefaya göndərdi

Moldova parlamenti Avropa yönümlü “Acum” (“İndi”) bloku tərəfindən formalaşdırılan Maya Sandu hökumətinə etimadsızlıq votumu ifadə edib.

YeniAvropa Moldova KİV-lərinə istinadla xəbər verir ki, bu barədə qərar qanunverici orqanın noyabrın 12-də keçirilən iclasında qəbul olunub.

“Etimadsızlıq votumu səsvermədə iştirak edən 63 deputatın (101 deputatdan) dəstəyini qazanıb”, - deyə qanunverici orqanın sədri Zinaida Qreçanı bildirib.

Moldova Sosialistlər Partiyasının təşəbbüsü ilə səsə qoyulan qərarı müxalif Demokratik Partiyanın deputatları dəstəkləyib. Parlamentin “Şor” partiyası fraksiyası və “Acum” blokunun hər iki fraksiyası səsvermədə iştirakdan imtina edib.