logo

Hava kəskin soyuyacaq, güclü külək əsəcək, yağış və qar yağacaq

14:58 12-11-2019 | icon 266
Hava kəskin soyuyacaq, güclü külək əsəcək, yağış və qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 13-ü axşamdan noyabrın 17-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

Departamentdən YeniAvropa -ya bildiriblər ki, şimal küləyi əsəcək, küləyin sürəti arabir 15-20 metr/saniyə olacaq, bəzi yerlərdə arabir 23-25 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu 10-12° isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 13-ü axşamdan noyabrın 17-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə 5-8° enəcəyi, əsasən şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir. Şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.