logo

Azər Qasımlı ReAL-dan istefa verdi

15:58 06-11-2019 | icon 245
Azər Qasımlı ReAL-dan istefa verdi

Respublikaçı Alternativ(ReAL) Partiyası  Məclisinin sədri Azər Qasımlı istefa verib.

 YeniAvropa xəbər verir  ki, bu barədə A.Qasımlı özü bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Bildirib ki, istefasına səbəb İlqar Məmmədovun yeni təkliflər paketidir.

“Belə bir vəziyyətdə mən bu partiyada qala bilmərəm. Mən özümü bu partiyada, strukturda görmürəm və getmək qərarına gəlmişəm. Siyasi mövqeyimi dəyişməmişəm və indiki mərhələdə partiya yaratmaq kimi bir fikrim yoxdur",-deyə o vurğulayıb.

"İlqar Məmmədovun təklif etdiyi layihə bizim qurduğumuz təşkilatı məhv edəcək. Kommunist partiyasına çevirəcək. İdarə heyətini heç kim təftiş edə bilməyəcək. Ən önəmli məqamlardan biri odur ki, məclisin olmaması o deməkdir ki, idarə heyətini məsuliyyətə cəlb edəcək, ondan hesabat tələb edəcək hansısa qurum olmayacaq. Siz təsəvvür edin ki, hazırda ölkəmizdə fəaliyyət göstərən, hətta 1990-cı illərdə yaradılan siyasi partiyaların strukturunda belə bu cür biabırçı vəziyyət yoxdur. Üzvlərlə idarə heyəti arasında kommunukasiya qalmayacaq. Biz bunları qəbul edə bilməzdik. İdarə heyətinin iclasında mən öz qəti fikrimi bildirdim və belə struktura gediləcəksə, özümü burada görmədiyimi dedim", deyə Azər Qasımlı vurğulayıb. 
O bildirib ki, əgər partiyanın Nizamnaməsində  dəyişikliklər olacaqsa, bu, qurultayın səlahiyyətində olan bir məsələdir.
"İlqar Məmmədov öz yeni layihəsində bununla bağlı bir söz deməsə də, şəxsi fikrim belədir ki, belə bir əcaib və avtoritar layihə təklif edən şəxs irəlidə məhz nizamnamənin də idarə heyətində dəyişə biləcəyini təklif edəcək", -deyə sabiq REAL-çı vurğulayıb.