logo

İsmayıllıda "BMW" aşdı: sürücü öldü, anası xəsarət aldı

21:11 02-11-2019 | icon 3577
İsmayıllıda "BMW" aşdı: sürücü öldü, anası xəsarət aldı

İsmayıllıda "BMW" aşdı: sürücü öldü, anası xəsarət aldı
İsmayıllı rayonunda minik avtomobili yoldan çıxaraq aşıb.

"Report" xəbər verir ki, hadisə İsmayıllı-Qəbələ yolunun Xanagah kəndi ərazisindən keçən hissəsində, Ax-Ox çayı üzərindəki körpüdə qeydə alınıb.

İsmayıllı şəhər sakini, 1993-cü il təvəllüdlü Əmirzadə Əmralı Ağasəməd oğlu idarə etdiyi 90-SR-979 dövlət nömrə nişanlı “BMW” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq çay yatağına aşıb. Hadisə zamanı sürücü və anası, 1963-cü il təvəllüdlü Əmirova Cəmilə Nəcməddin qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq, Ə.Əmirzadə xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsi tərəfindən araşdırma aparılır.