logo

"Qarabağ" - APOEL oyununun biletlərisabahdan satışa çıxarılır

21:10 16-10-2019 | icon 3136
"Qarabağ" - APOEL oyununun biletlərisabahdan satışa çıxarılır

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda Kipr təmsilçisi APOEL ilə oyununun biletləri sabahdan satışa çıxarılacaq.

YeniAvropa xəbər verir  ki, bu barədə klubun rəsmi saytında xəbər yerləşdirilib.

Bildirilir ki, qiymətləri sektorlar üzrə 2, 5, 10, 15, 50 və 75 manat olan biletləri 12:00-dan etibarən almaq mümkün olacaq.

Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, “Gənclik Mall” və “28 Mall” (iticket satış məntəqəsi), “Park Bulvar AVM” (iticket satış məntəqəsi) ASAN 2, 3 (Yasamal, Amay t/m) və iticket.az saytından onlayn şəkildə almaq mümkündür.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - APOEL matçı saat 20:55-də başlayacaq.