logo

Yasamalda ağac qırılıb dayanacaqdakı adamların yaraladı

21:59 15-10-2019 | icon 3752
Yasamalda ağac qırılıb dayanacaqdakı adamların yaraladı

Yasamal rayonunda ağacın budaqları qırılaraq dayanacaqda gözləyən 3 nəfər qadının (67, 53 və 38 yaş) üstünə düşüb.

YeniAvropa xəbər verir  ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, hadisə yerinə gələn təcili tibbi yardım briqadası yaralıları Klinik Tibbi Mərkəzə çatdırıb.
"Yaralılardan birinə kəllə-beyin travması, digər ikisinə onurğanın küt travması diaqnozu  qoyulub. Bütün xəstələrə tibbi yardım göstərilib",-deyə məlumatda qeyd edilib.